Pentaqon Hörmüz boğazında helikopter qəzasını araşdırır Dünya

Pentaqon Hörmüz boğazında helikopter qəzasını araşdırır

ABŞ Müdafiə Nazirliyi Hörmüz boğazı yaxınlığında Amerikanın "AH-64 Apache" zərbə helikopterinin qəzaya uğraması faktı ilə bağlı araşdırmaya başlayıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə əməliyyat məsuliyyəti zonasına ilk növbədə Yaxın Şərq və Şimali Afrika daxil olan ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) yazılı bəyanatında deyilir.

"İyunun 8-də ABŞ Ordusunun (Quru Qoşunlarının) "AH-64 Apache" helikopterinin iki ekipaj üzvü regional suların patrul edilməsi zamanı helikopterlərinin Oman sahillərində qəzaya uğramasından sonra ABŞ Silahlı Qüvvələri tərəfindən xilas edilib. Hərbçilər qəzadan təxminən iki saat sonra xilas ediliblər və vəziyyətləri sabitdir. Hadisənin səbəbləri araşdırılır", — deyə komandanlıqdan bildirilib.

Məryəm Quliyeva