Aİ-dən Rusiyaya iyunun 15-də yeni "mini-paket" sanksiya gəlir​​​​​​​ Dünya

Aİ-dən Rusiyaya iyunun 15-də yeni "mini-paket" sanksiya gəlir​​​​​​​

Avropa İttifaqı iyunun 15-də Rusiyaya qarşı sanksiyaların "mini-paketini" qəbul etmək niyyətindədir, bura müdafiə və energetika sektorlarından səkkiz fiziki şəxs və 46 təşkilat daxil ediləcək.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "EUobserver" portalı məlumat yayıb.

Portalın məlumatına görə, sözügedən əlavə tədbirlər paketi Aİ xarici işlər nazirlərinin Lüksemburqda keçiriləcək görüşü zamanı qəbul olunacaq.

Məryəm Quliyeva