15:53
868
ABŞ NATO-da iştirakından imtina etmək niyyətində deyil, lakin avropalı müttəfiqlərinin öz təhlükəsizliklərinin təmin olunmasında daha fəal rol oynayacaqlarına ümid edir.
Xalqcebhesi.az xəbər verir ki, b barədə ABŞ-ın alyansdakı səfiri Metyu Uitaker bəyan edib.
"Biz fövqəldövlətik, lakin aviadaşıyıcılarımız və qoşunlarımız kimi resurslarımız limitsiz deyil. Ona görə də biz Avropanın bir çox işləri müstəqil şəkildə görməsini istəyirik", — deyə o, RTL telekanalına müsahibəsində bildirib. Səfir bununla son aylarda bir sıra avropalı siyasətçi və ekspertlərin Vaşinqtonun Şimali Atlantika Alyansına sadiqliyi ilə bağlı ifadə etdikləri narahatlıqları şərh edib. Uitakerin sözlərinə görə, Birləşmiş Ştatlar bu təşkilata kollektiv təhlükəsizliyin mühüm elementi kimi baxır və NATO-ya sadiq qalır.
Eyni zamanda, diplomat vurğulayıb ki, ABŞ Avropa dövlətlərindən blok daxilində "maliyyə və hərbi yükün daha ədalətli bölüşdürülməsini" gözləyir. O qeyd edib ki, bir çox Avropa ölkəsi artıq müdafiə büdcələrini artırmağa başlayıb, lakin bu proses "gələcəkdə də davam etməlidir".
Aprel ayında ABŞ Prezidenti Donald Tramp bəyan etmişdi ki, alyans Tehrandakı müharibədə Vaşinqtonu dəstəkləmədiyi üçün ABŞ-ın NATO-da iştirakına yenidən baxılması imkanını nəzərdən keçirir.
Məryəm Quliyeva