ABŞ və İran arasındakı saziş Netanyahu üçün zərbə olacaq Dünya

ABŞ və İran arasındakı saziş Netanyahu üçün zərbə olacaq

İsrail rəsmiləri ABŞ və İran arasında mümkün sazişin yekun sənədləşdirilməsinə olduqca şübhə ilə yanaşırlar, çünki bu razılaşmanın imzalanması yəhudi dövlətinin Baş naziri Benyamin Netanyahu üçün ağır zərbə ola bilər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə cümə günü "Axios" portalı öz mənbələrinə istinadən məlumat yayıb.

Portal mənbəyə istinadən bildirib ki, "Bibi (Benyamin Netanyahu), yəqin ki, sazişin bağlanmaq üzrə olduğunu və buna mane ola bilməyəcəyini başa düşürdü".

Portalın məlumatına görə, Netanyahunun rəqibləri onu ABŞ Prezidenti Donald Trampın İranla münaqişəni bitirmək üçün diktə etdiyi şərtlərə səssizcə razılaşdığına görə ölkəni "vassal dövlətə" çevirməkdə ittiham edirlər. Nəticədə, Netanyahunun bəyan etdiyi hədəflərə çatmadan belə bir sazişin imzalanması onun üçün ciddi strateji və siyasi zərbə olacaq.

Qeyd olunur ki, İsrail rəsmiləri ABŞ Prezidenti Donald Trampı açıq şəkildə tənqid etməməyə çalışırlar, lakin şəxsi söhbətlərində gələcək sazişə şübhə ilə yanaşdıqlarını bildirirlər. Buna səbəb həm də həmin razılaşmanın İsrailin Livandakı hərəkətlərini məhdudlaşdıracağıdır. Eyni zamanda, amerikalılar Yaxın Şərqdəki həmkarlarını sakitləşdirməyə çalışır və ümid edirlər ki, sazişin bütün şərtləri ilə tam tanış olduqdan sonra onların bu məsələyə münasibəti dəyişəcək.

Məryəm Quliyeva