Prezident İslam İnkişaf Bankı Qrupunun sədrinə “Dostluq” ordenini təqdim edib
NATO planı işə düşdü: İtaliya raket təhdidlərinə qarşı Türkiyəyə "SAMP-T" sistemləri göndərib
İİTKM-də 18 iyun - Azərbaycanda İnsan Hüquqları Günü münasibətilə tədbir keçirilib
Prezident Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib
12:21
1 120
Finlandiya F-35 qırıcılarını təchiz etmək üçün ABŞ-dən "GBU-53" süzən (planlaşdırıcı) aviabombaları satın alacaq.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə respublikanın Müdafiə Nazirliyi öz rəsmi saytında məlumat yayıb.
Press-relizdə qeyd olunur ki, Finlandiyanın müdafiə naziri Antti Hyakkyanen ABŞ ilə hərbi əməkdaşlıq proqramı çərçivəsində Amerikanın "Raytheon" şirkəti tərəfindən istehsal olunan döyüş sursatlarının alınması üçün Silahlı Qüvvələrə səlahiyyət verib. "Bu satınalma, F-35-lərin kompleks tədarük proqramı çərçivəsində daha əvvəl verilmiş sifarişi tamamlayır. Söhbət Finlandiyanın müdafiə qabiliyyətini gücləndirəcək yeni imkanlardan gedir", — deyə Hyakkyanen bildirib.
Press-relizdə həmçinin qeyd olunur ki, saziş aviabombaların özləri ilə yanaşı, ehtiyat hissələrinin, texniki sənədlərin tədarükünü, şəxsi heyət üçün təlimlərin təşkilini, eləcə də təmir və servis xidmətlərini nəzərdə tutur.
Məryəm Quliyeva