ABŞ səfiri: Yeni Dehli və Vaşinqton ticarət sazişini razılaşdırmağa yaxındırlar Gündəm

ABŞ səfiri: Yeni Dehli və Vaşinqton ticarət sazişini razılaşdırmağa yaxındırlar

ABŞ və Hindistan ikitərəfli ticarət sazişinin razılaşdırılmasının son mərhələsindədirlər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə jurnalistlərə ABŞ-ın Hindistandakı səfiri Serjio Qor bildirib.

Diplomat məlumat verib ki, Yeni Dehlidə ABŞ-ın ticarət danışıqları üzrə nümayəndəsi Ceymison Qir ilə Hindistanın ticarət və sənaye naziri Piyuş Qoyal arasında görüş keçirilib. "Biz ticarət sövdələşməsinin qəti şəkildə razılaşdırılmasına çox yaxınıq", - deyə Qor bildirib. Bununla belə, o, danışıqların başa çatması üçün konkret müddət göstərməyib.

Yeni Dehli və Vaşinqton 2025-ci ilin fevral ayından bəri ikitərəfli ticarət dövriyyəsinin həcmini 2030-cu ilə qədər 500 milyard dollara çatdırmağı nəzərdə tutan genişmiqyaslı ticarət sazişinin imzalanması barədə danışıqları davam etdirirlər.

Məryəm Quliyeva