13:53
1 134
Venesuelada baş verən zəlzələdən sonra təxminən 1,8 milyon insan, o cümlədən 680 minə yaxın uşaq humanitar yardıma ehtiyac duyur.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondunun (UNICEF) bəyanatında deyilir.
Mətndə qeyd olunur ki, "24 iyunda Venesuelada baş verən dağıdıcı zəlzələlərdən sonra humanitar yardıma ehtiyacı olan 1,8 milyon insanın təxminən 680 minini uşaqlar təşkil edir".
Təşkilatın Bolivar respublikasındakı nümayəndəsi Manuel Rodriqes Pumarolun sözlərinə görə, ölkədəki xəstəxanalar "öz imkanlarının son həddində işləyir, minlərlə uşağın təmiz suya etibarlı çıxışı yoxdur, bir çox məktəb isə ciddi ziyan görüb". Qeyd olunur ki, respublikanın paytaxtı Karakasda 432 məktəb zərər çəkib, bu isə "regiondakı bütün təhsil müəssisələrinin üçdə birindən çoxu" deməkdir. Bununla bərabər, sağ qalan məktəblərdən evsiz qalan ailələr üçün müvəqqəti sığınacaq kimi istifadə olunur.
Məryəm Quliyeva