Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
“Anım Günü şəhidlərin adlarının daim yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır”
Əliyev Yeltsinlə niyə görüşmüşdü? - Vaşinqtonda verilən cavab və BMT-nin xilası
Çin və ABŞ 30 milyard dollarlıq rüsumları qarşılıqlı azaldır
Pezeşkiyan: Hörmüz boğazının açılması memoranduma uyğun həyata keçirilməlidir
29 İyun 14:20
2 009
“Rusiya-Ukrayna müharibəsindən sonra Avropa İttifaqı hərbi güc amilinin beynəlxalq münasibətlərdəki rolunu daha aydın şəkildə görməyə başlayıb”.
Bunu Xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib.
Deputat qeyd edib ki, mövcud geosiyasi reallıqlar Avropanı Türkiyə ilə münasibətlərə yenidən baxmağa vadar edir:
“Türkiyəni hansısa səbəblərlə Avropa təhlükəsizlik sistemindən kənarda saxlamaq və Ankara ilə münasibətləri qeyri-obyektiv yanaşmalar üzərində qurmaq Avropanın öz maraqlarına uyğun deyil. Çünki Türkiyə hərbi potensialına görə Avropanın ən güclü ölkələrindən biridir və bu imkanlardan imtina etmək ağıllı siyasət hesab oluna bilməz”.
Fazil Mustafa bildirib ki, ayrı-ayrı ölkələrin və siyasi dairələrin təsiri ilə Türkiyə ilə bağlı qərarların formalaşdırılması Avropanın ümumi təhlükəsizlik maraqlarına ziddir:
“Bu gün Avropanın təhlükəsizlik çağırışları qarşısında Türkiyənin rolu daha aydın görünür. NATO çərçivəsində keçirilən müzakirələr və Avropa İttifaqı nümayəndələrinin Ankara ilə dialoqu genişləndirmək istiqamətində atdığı addımlar Türkiyənin əhəmiyyətinin dərk edildiyini göstərir”.
Deputatın sözlərinə görə, Türkiyənin Avropa İttifaqı ilə münasibətlərində yeni mərhələnin yaranması mümkündür:
“Türkiyə də yaranmış bu imkanları düzgün qiymətləndirərək öz milli maraqlarını təmin edə biləcək addımlar atacaq. Hazırkı proseslər göstərir ki, Türkiyənin strateji əhəmiyyəti artıq daha geniş şəkildə qəbul olunur”.
Günel Elxan