29 İyun 19:57
29 İyun 19:29
29 İyun 19:16
Azərbaycanda 14 mindən çox müəllim 1500–2000 manat əməkhaqqı alır
Nazir: Tamştatlı 20 min müəllim sertifikatlaşdırmada iştirak etməyəcək
Nazir sertifikasiyada sualların çətin olması ilə bağlı iddialara münasibət bildirib
Emin Əmrullayev: MİQ imtahanlarından keçənlərin sertifikatlaşdırmada orta balı 51-dir
09:18
1 246
Belarus Rusiyanın ən yaxın müttəfiqlərindən biridir. Belarus prezidenti Aleksandr lukaşenko Moskva ilə sıx siyasi və hərbi əməkdaşlıq edir. Bu səbəbdən də Moskva Belarusu ən etibarlı platforma olaraq görür və bu istiqamətdə Rusiya prezidenti Vladimir Putinin Minskin mümkün danışıqlar və ya idarəetmə məkanı kimi qeyd etməsini başa düşmək mümkündür.
Bunu xalqcebhesi.az-a politoloq Çingiz Şahbazi deyib.
"Paralel olaraq burada əvvəlki təcrübənin də rolu var və illər öncə Donbas müqaviləsi məhz Minskdə imzalanmışdı. Buna görə də Minsk şəhərinin danışıqlar məkanı kimi göstərilməsi məntiqə uyğundur və danışıqlarla bağlı görüşlərin keçirilməsi üçün Belarusun seçilməsi həmçinin təhlükəsizlik və logistika baxımından da tərəflərə, xüsusilə də Rusiya nümayəndə heyəti üçün daha rahat məkan hesab oluna bilər. Həm də Minskin seçilməsi Qərb ölkələrini deyil, Rusiyanın təsir dairəsində olan bir məkanı simvolik olaraq ön plana çıxarmaq mesajı kimi də qiymətləndirmək mümkündür.
Yox, əgər Ukraynanın gələcək idarə olunmasından söhbət gedirsə, hesab etmək olar ki, Belarusun belə bir öhdəçiliyi yoxdur və beynəlxalq səviyyədə də qəbul edilmiş belə bir plan mövcud deyil. Bu baxımdan bu bir qərar deyil və bu cür bəyanatlar siyasi mövqe və ya mümkün danışıqlar platforması ilə daha çox bağlı olduğu qənaətindəyəm. Belə olan halda, Vladimir Putin, Minski Ukraynanın idarə olunacağı məkan olaraq deyil, gələcəkdə Rusiya-Ukrayna danışıqlarının aparılacağı yer olaraq təqdim etməsi kimi başa düşülməsi lazımdır" 1 politoloq deyib.
O, vurğulayıb ki, Putin həmçinin danışıqlar prosesinə Belarusun slavyan xalqlarından biri kimi daha çox etibar etdiyini və inandığını önə çəkib. Kiyev isə Belarusu neytral platforma hesab etmir və bu səbəbdən Ukraynanın bu təklifə müsbət yanaşacağı inandırıcı görünmür: "Çünki, Ukrayna indi də bu fikirdədir ki, 2022-ci ildə Rusiya, Ukraynaya qarşı hücümun bir hissəsini məhz Belarus ərazisindən həyata keçirib və buna görə də Ukrayna rəhbərliyi Minskdə keçiriləcək görüşlərə isti baxan deyil və təklifə çox ehtiyatla yanaşacaq".
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin “Vesti”nin jurnalisti Pavel Zarubinə müsahibəsində deyib ki, Rusiya–Ukraynanın mümkün nəticələrini verəcəyi halda, Minsk şəhərinin idarə olunması üçün məkan ola bilər.
Cavid