İranda SEPAH döyüşçülərinə hücum: 2 ölü, 2 yaralı var Gündəm

İranda SEPAH döyüşçülərinə hücum: 2 ölü, 2 yaralı var

İslam Respublikasının qərbində yerləşən Kirmanşah əyalətində baş verən hücum nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH — İran Silahlı Qüvvələrinin elit bölmələri) iki döyüşçüsü həlak olub, daha ikisi isə odlu silah yarası alıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə SEPAH-ın mətbuat xidmətinin bəyanatına istinadən İranın "Mehr" agentliyi məlumat yayıb.

Hadisənin bazar ertəsi axşam saatlarında Pave şəhərində baş verdiyi bildirilir. Hadisənin təfərrüatları və hücum edənlərin şəxsiyyəti araşdırılır, təhqiqat aparılır. SEPAH baş verənləri terror aktı kimi qiymətləndirib.

Məryəm Quliyeva