08:27
1 505
Ukraynanın uzunmənzilli PUA hücumları, Rusiyanın enerji infrastrukturuna və maliyyə imkanlarına təzyiq məqsədilə həyata keçirilir və xüsusilə də son həftələrdə həyata keçirilən Moskvaətrafı neft emalı obyektlər də daxil olmaqla bir çox strateji hədəflər Ukrayna ordusu tərəfindən vurularaq yararsız hala salınıb. Nəticədə isə vurulan obyektlərin əksəriyyəti öz işini dayandırıb. Bu da ölkədə benzin və dizel yanacağı qıtlığına səbəb olub.
Bunu xalqcebhesi.az-a politoloq Çingiz Şahbazi deyib.
"Yanacaq çatışmazlığı ölkənin əksər yerlərində var və yanacaqdoldurma məntəqələrində növbələr yaranıb. Süni qiymət artımı müşahidə olunur və hökumət bazarın sabitləşməsi istiqamətdə tədbirlər həyata keçirməyə çalışır. Ukraynanın təkrar zərbələri, Rusiyanın neft emalı infrastrukturuna kəskin şəkildə təsir edib və bu da öz növbəsində hərbi logistika və büdcə gəlirlərinə ciddi təsir edən amillərdəndir.
Bildiyiniz kimi, müharibə artıq Rusiyanın ərazisinə keçib və bu da hava limanlarının bağlanması, hava hücumu təhlükələri və digər infrastruktur zədələri ilə müşayiət olunur. Bütün bunlar insanların gündəlik həyatına öz təsirini göstərir və bu səbəbdən ölkədə narazı kəsimin artma ehtimalı hər gün artır" - politoloq deyib.
O, qeyd edib ki, Ukraynanın intensiv PUA hücumları səbəbiylə ölkədə yaranmış vəziyyət və böhran, ölkə başçısı Putinin siyasi mövqeyini xeyli dərəcədə pərişan duruma salıb. "Rusiya tam təhlükəsizdir" təsəvvürünə artıq heç kim inanmaq istəmir və Ukrayna imkanları olduqca, enerji və hərbi infrastruktur obyektlərinə uzunmənzilli PUA hücumları həyata keçirərsə, bunun siyasi və iqtisadi baxımdan nəticələri kəskin şəkildə ağrılı ola bilər:
"Həmçinin yanacaq bazarında qeyri - sabitlik davam edərsə, süni qiymət artımı və qıtlıq ictimai narazılığı artıracaq. Bu da Rusiyanın siyasi hakimiyyəti üçün əlavə psixoloji təzyiq yaradacaq və hesab edirəm ki, bütün bu məqamlar mütləq şəkildə özünü cəbhədə də göstərəcək".
Cavid