11:41
581
Hindistan İndoneziyaya Rusiya-Hindistan birgə istehsalı olan "BrahMos" raketlərini və Hindistanın özünün hazırladığı "Astra" raketlərini tədarük edəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Hindistanın Baş naziri Narendra Modinin Cakarta səfərinin yekunlarına dair respublika hökumətindəki mənbə məlumat verib.
"Hindistan İndoneziyaya 'BrahMos' raket kompleksini və 'Astra' raketlərini tədarük edəcək", — deyə mənbə qeyd edib.
Məryəm Quliyeva