Rusiya çıxılmaz vəziyyətlə üzləşib Dünya

Rusiya çıxılmaz vəziyyətlə üzləşib

Ukrayna Rusiyanın neft emalı zavodlarının vurduğundan hiddətlənən Kreml Kiyevi ballistik raketlərlə vurmaqla qisas alır.

Bunu xalqcebhesi.az-a siyasi ekspert Füzuli Kərimov deyib.

Xatırladaq ki, Ukrayna pilotsuz uçuş aparatları (PUA) iyulun 6-da Rusiyanın ən güclü neft emalı müəssisəsi hesab olunan Omsk Neft Emalı Zavoduna hücum edib. Bu zavod indiyədək dron hücumlarından zərər görməyən ən iri Rusiya neft emalı müəssisələrindən sonuncusu idi.

O, da qeyd olunur ki, ötən ilin oktyabrında Ukrayna sərhədindən təxminən 2 min kilometr uzaqlıqda yerləşən Tümen Neft Emalı Zavodu, 2026-cı ilin əvvəlində isə sərhəddən 1,75 min kilometr məsafədə yerləşən Uxta Neft Emalı Zavodu da PUA hücumuna məruz qalmışdı.

Omsk zavoduna endirilən zərbədən sonra Rusiyanın ən iri 10 neft emalı zavodundan bu il dron hücumuna məruz qalmayan müəssisə qalmayıb.

Belə ki, may ayında Leninqrad vilayətində yerləşən "Kirişinefteorqsintez" (21 milyon ton gücündə) və Ryazan Neft Emalı Zavodu (17 milyon ton) hücuma məruz qalıb.

İyun ayında isə "Lukoyl" şirkətinə məxsus "Nijeqorodnefteorqsintez" (16 milyon ton) və "Tatneft" şirkətinin Nijnekamskdakı ən böyük zavodu "Taneko" (12,5 milyon ton) PUA hücumlarının hədəfi olub.

Gücünə görə Rusiyada altıncı yerdə qərarlaşan Yaroslavl Neft Emalı Zavodu (15 milyon ton) may ayında hücuma məruz qalıb və iyulun 6-da yenidən vurulub.

F.Kərimov deyib ki, Rusiya artıq yanacaq böhranı ilə üzləşdiyindən, ordunu təmin edə bilmir, ona görə də son aylar Ukrayna döyüş meydanında üstünlüyü əldə edib: "Kremlin hədəfində Kiyevin mülki əhalisi, obyektləri, yaşayış binalarıdır. Bununla da o bir növ qisas alır, artıq Moskva çıxılmaz vəziyyətə düşüb. Ona görə də tez-tez Putin danışıqların mümkünlüyünü gündəmə gətirir".

Cavid