08:07
644
Trampın sözləri ciddi eskalasiyadan xəbər verir. Şübhəsiz ki, bu xəbərdarlıqdan sonra İran tərəfi ciddi narahatlıq keçirəcək. Amma, bütün bunlara rəğmən bu cümlələr, avtomatik olaraq "müharibə elan edildi" anlamına gəlməməlidir. Əlbəttə ki, mən də şübhə etmirəm, üçüncü dünya müharibəsinin olacağı ehtimalı yüksəkdir. Amma, bunun dərhal olacağına dair konsensus yoxdur və inanmıram ki, bunu, Tramp hökuməti təkbaşına edə bilsin.
Bunu xalqcebhesi.az-a politoloq Çingiz Şahbazi deyib.
Xatırladaq ki, Ankarada keçirilən NATO sammiti çərçivəsində Tramp İranla atəşkəsin artıq başa çatdığını bildirib: "İranla atəşkəs bitdi!"
"Biz yalançılarla mübarizə aparırıq. Onların problemi var, ağlını itiriblər. Vaxt itirirlər", – deyə Tramp qeyd edib.
"Bəli, Yaxın Şərqdə risklərin son vaxtların ən yüksək səviyyəsinə çatdığı vurğulanır. Amma, hazırkı vəziyyət atəşkəsin pozulduğunu və hərbi əməliyyatların yenidən başladığını göstərir. Çünki, Tramp Ankaradakı NATO sammitində bildirib ki, İranla əldə olunmuş müvəqqəti razılaşma artıq qüvvədə deyil. Bu da onu İranla bağlı növbəti sərt mövqe nümayiş etməyə məcbur edib. Çünki, İran tərəfi ABŞ-ın şərtlərini qəbul etmək istəmir və bu səbəbdən Tramp, İranın rəhbərlərini "yalançılar,, və" ağlını itirmiş insanlar" adlandıraraq diplomatiyanın nəticə vermədiyini deyib. Eyni zamanda Tramp bildirib ki, ABŞ yeni hərbi zərbələr endirməyə hazırdır. Bunu müharibə anonsu olaraq və yaxud da blef xarakteri mesaj olaraq da qiymətləndirmək olar:
"Çünki, prezident Trampın bu kimi açıqlamalarına dəfələrlə dünya ictimaiyyəti şahid olub. Tramp həmçinin atəşkəsin vaxtının rəsmən bitdiyini elan etdi və bu da yeni əməliyyatların mümkünlüyünü açıq şəkildə ifadə etməkdir. Çünki, artıq diplomatik danışıqların uğursuz olması ilə bağlı bəyanat verildi. Bütün bunlar siyasi baxımdan müharibə riskini artırır, amma hüquqi baxımdan, müharibə elanı hesab edilməməlidir. Bu baxımdan hesab edirəm ki, Tramp sərt ritorikaya keçsə də, gələcək danışıqlar ehtimalını açıq saxlayır".
Cavid