10:13
672
ABŞ-nin dəniz piyadalarını daşıyan "USS Boxer" desant gəmisi İranla müharibənin ilk həftələrində mühərrikində yaranan nasazlıq səbəbindən sıradan çıxıb və bu, kritik bir dövrdə ABŞ komandanlığını hərbi fəaliyyət variantlarından məhrum edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə rəsmi şəxslərə istinadən "Newsmax" məlumat yayıb.
Nəşrdə qeyd olunur ki, hadisə ABŞ-nin İran limanlarına daxil olan və ya oradan çıxan bütün gəmilərə blokada tətbiq etdiyi, həmçinin İranın Xark adasını ələ keçirmək imkanlarının nəzərdən keçirildiyi bir vaxtda baş verib.
Mənbələr iddia edir ki, "USS Boxer" Yaxın Şərqə köçürülən zaman gəminin mühərrikinin əsas soyutma sirkulyasiya nasosu sıradan çıxıb. Nəticədə o, ehtiyat hissələrini gözləmək üçün Hind okeanındakı Diyeqo-Qarsiya atolunda yerləşən ABŞ və Böyük Britaniyanın birgə bazasında təmirə dayanıb.
Məryəm Quliyeva
11:15
315
10:15
672
08:35
798