Bakıda "Media və dekolonizasiya" mövzusunda beynəlxalq konfrans keçirildi - FOTO
“Ermənistan daxilində qurulan rejim özünü xarici siyasi konjunkturdan asılı vəziyyətə salıb”
Burkina-Faso rəsmisi: BTQ ilə əməkdaşlığımızı daha da genişləndirəcəyik
Çində "Bavi" qasırğasına görə 2 milyona yaxın insan təxliyə edilib
13:12
574
Moldova Prezidenti Maya Sandu iş adamı Vasili Tofanın baş nazir vəzifəsinə namizədliyini irəli sürüb.
Tofan parlament və hökumətdə çoxluğa malik Fəaliyyət və Həmrəylik Partiyası (PAS) tərəfindən bu vəzifəyə namizəd göstərilib.
"Mən parlament fraksiyaları ilə aparılan müzakirələrin, həmçinin Moldovanın məqsəd və prioritetlərinin nəzərə alınması əsasında Vasili Tofanı Moldovanın baş naziri vəzifəsinə namizəd olaraq irəli sürmək qərarına gəldim", - Sandu Tofan və parlamentin sədri, PAS-ın lideri İqor Qrosu ilə birgə keçirdiyi brifinqdə bildirib.
Qrosu isə PAS fraksiyasının Tofana tam dəstək verəcəyini vurğulayıb. O, Tofanın əsas vəzifəsinin Moldovanın Avropa İttifaqına inteqrasiya prosesini irəli aparmaq olacağını qeyd edib.
Qeyd edək ki, Moldova Konstitusiyasına əsasən, Tofan 15 gün ərzində yeni hökumətin tərkibini və fəaliyyət proqramını parlamentin təsdiqinə təqdim etməlidir.
Vasili Tofan Moldovada iş adamı və investor kimi tanınır. O, seçkilər zamanı PAS və Maya Sanduya dəstək verib.