İran ABŞ ilə imzalanmış memorandumu heç vaxt pozmadığını bildirib Dünya

İran ABŞ ilə imzalanmış memorandumu heç vaxt pozmadığını bildirib

İran İslam Respublikası heç vaxt ABŞ ilə imzalanmış memorandumu pozmayıb və Vaşinqton onun yerinə yetirilməməsinə görə tam məsuliyyət daşıyır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə brifinqdə İslam Respublikası Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Esmail Bəqai bildirib.

"İran heç vaxt öhdəliklərin pozulmasının təşəbbüskarı olmayıb. Biz qürurla bəyan edirik ki, İran İslam Respublikası istənilən danışıqlarda dəqiqlik və ciddilik nümayiş etdirib. Razılaşmaları daim pozan tərəf isə Amerika tərəfidir", — deyə Bəqai qeyd edib.

XİN rəsmi nümayəndəsi həmçinin vurğulayıb ki, ABŞ əldə olunmuş bütün razılaşmaların icrasına qayıdana qədər İran da memorandun üzrə öhdəliklərin yerinə yetirilməsini güzgülü şəkildə dayandıracaq.

"Biz lap əvvəldən "öhdəliyə qarşılıq öhdəlik" prinsipindən danışmışıq. Əgər qarşı tərəf öz öhdəliklərinə əməl edərsə, biz də özümüzünkünü yerinə yetirəcəyik. Bundan sonra belə hərəkət edəcəyik: qarşı tərəf öhdəliklərini pozmağa davam etdiyi müddətcə, İran İslam Respublikası da öz növbəsində üzərinə götürdüyü öhdəliklərin icrasından çəkinəcək", — deyə Bəqai əlavə edib.

Məryəm Quliyeva