Avropa İttifaqı Ermənistanda yeni tərəfdaşlıq missiyasına başladı
UTX Rusiyanın hərbi, logistik və yanacaq obyektlərinə genişmiqyaslı zərbələr endirib
Avropa Birliyi VKontakte-nin sahibi VK-ya qarşı sanksiyalar tətbiq edib
“Bundan sonra sülh danışıqlarının yerini hərbi eskalasiya tutacaq”
Rusiya MN: Sutka ərzində Ukraynanın 12 aviasiya bombası və 926 PUA-sı vurulub
13:26
658.jpg)
Gürcüstan hakimiyyəti, Gürcüstan nümayəndə heyətinin iclas zalını tərk etməsinə səbəb olan tənqidi qətnamənin qəbul edilməsinə baxmayaraq, ATƏT-in Parlament Assambleyası (PA) ilə əməkdaşlığı davam etdirəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bəyan edib.
"Əməkdaşlıq davam edəcək, lakin bu əməkdaşlığın keyfiyyəti ATƏT PA-nın öz fəaliyyətini necə davam etdirəcəyindən — yenə konqresmen Co Vilsonun səviyyəsində qalacağından, yoxsa Co Vilsonun səviyyəsindən yüksəyə qalxacağından asılı olacaq", — deyə Kobaxidze brifinqdə bildirib.
Onun sözlərinə görə, bu, Gürcüstan nümayəndə heyəti ilə ATƏT PA arasında gələcək əməkdaşlıq üçün prinsipial məsələ olacaq.
Məryəm Quliyeva