İnformasiyalaşdırma sahəsində dövlət siyasətinin əsas istiqamətləri genişlənir
Gömrük rüsumlarından azad edilən malların əhatə dairəsi genişlənir
İT mütəxəssisləri üçün sosial sığorta haqqı üçün yeni dərəcələr müəyyənləşir
Vençur kapitalı fondlarının fəaliyyətinə dair tələblər və vergi güzəşti olacaq
10:47
553.jpg)
İranla nizamlanmaya dair memorandum üzrə danışıqlarda ABŞ öz danışıqçılarının təcrübəsizliyi səbəbindən daha əlverişsiz vəziyyətdə olub.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Financial Times" (FT) qəzeti yazır.
Nəşrin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp xarici siyasət sazişlərinin bağlanmasını region üzrə ekspertlərə deyil, öz etibarlı şəxslərinə tapşırmağa üstünlük verir. Trampın bir çox tənqidçiləri hesab edirlər ki, qəbul edilmiş nizamlanma memorandumu həyat qabiliyyətli deyil, çünki Amerika lideri "ekspertləri arxa plana keçirib". "Bizi üstələdilər. İranlılar təcrübəli danışıqçılardır, onlar öz sahələrini 100% bilən ekspert qrupları gətirmişdilər. ABŞ isə bunu etmədi və birtərəfli qaydada özünü daha əlverişsiz vəziyyətə saldı", — deyə Trampın ikinci prezidentlik müddətinin əvvəlində vəzifəsindən azad edilmiş ABŞ-nin İordaniyadakı keçmiş səfiri Yael Lempert hesab edir.
"Öz təcrübəmdən bildiyim və bu məsələləri mükəmməl anlayan iranlı danışıqçılarla rəqabət apara bilmək üçün məhz siyasiləşməmiş peşəkarlıq lazımdır", — deyə vaxtilə İranın nüvə proqramı üzrə danışıqlarda iştirak etmiş FTB-nin keçmiş direktoru Uilyam Börns qəzetə bildirib.
Məryəm Quliyeva