Merz ABŞ-yə Almaniya seçkilərinə müdaxilə etməkdən çəkinməyə çağırdı Dünya

Merz ABŞ-yə Almaniya seçkilərinə müdaxilə etməkdən çəkinməyə çağırdı

Almaniya kansleri Fridrix Mez ABŞ-ni Almaniyadakı seçkilərə müdaxilə etməkdən və ölkədəki müəyyən siyasi qüvvələri dəstəkləməkdən çəkinməyə çağırıb.

Merz Berlində keçirilən mətbuat konfransında deyib: "Mən həmişə demişəm ki, biz Amerika seçkilərinə müdaxilə etmirik. Biz bunu həmişə müdafiə etmişik. Əksinə, mən Amerika hökumətinin və ya ona yaxın qurumların Almaniya seçkilərinə müdaxilə etməsini istəməzdim. Almaniyada xaricdən siyasi partiyaların maliyyələşdirilməsi qanunsuzdur. Mən güman edirəm ki, ilk növbədə, dünyadakı dostlarımız bu hüquqi qaydalara riayət edəcəklər".

Sentyabrda Berlin, Meklenburq-Ön Pommern və Saksoniya-Anhaltda ştat seçkiləri keçiriləcək.