08:17
602
İran pilotsuz uçuş aparatları (PUA) Küveytdəki ABŞ qüvvələrinə və qarşı tərəfin ordusunun maddi-texniki təminat mərkəzlərinə hücum edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.
"Bir neçə saat əvvəl "İldırım" əməliyyatının on ikinci mərhələsi çərçivəsində İran İslam Respublikası ordusunun dağıdıcı "Arəş" pilotsuz uçuş aparatları ABŞ-nin Küveytdə yerləşən terrorçu və uşaq qatili olan ordusunun qüvvələrinə və maddi-texniki təminat mərkəzlərinə zərbələr endirib", — deyə agentliyin sitat gətirdiyi ordu bəyanatında bildirilir. Hücumun düşmənin hərəkətlərinə cavab tədbiri olaraq həyata keçirildiyi qeyd olunur.
Məryəm Quliyeva