ABŞ-nin Pişəvərdəki Baş Konsulluğu rəsmi olaraq bağlandı Dünya

ABŞ-nin Pişəvərdəki Baş Konsulluğu rəsmi olaraq bağlandı

ABŞ-nin Pakistanın Pişəvər şəhərindəki (Pakistan, Xeybər-Paxtunxva əyaləti) Baş Konsulluğu rəsmi olaraq fəaliyyətini dayandırıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin "X" sosial şəbəkəsindəki bəyanatında deyilir.

"Xeybər-Paxtunxva əyaləti ilə diplomatik qarşılıqlı əlaqələr ABŞ-nin İslamabaddakı səfirliyi nəzdindəki Əyalətlə İş üzrə Şöbəyə (KPU) keçib", — deyə nəşrdə qeyd olunur.

ABŞ Dövlət Departamenti baş konsulluğun mərhələli şəkildə bağlanacağını may ayının əvvəlində elan etmişdi. O zaman qurumdan izah etmişdilər ki, bu qərar diplomatik heyətin təhlükəsizliyi və resursların daha səmərəli bölüşdürülməsi zərurəti nəzərə alınaraq qəbul edilib.

Məryəm Quliyeva