“Milli mətbuatımız öz ictimai missiyasını qoruyub saxlaya bilib”
Məhbus fəalların ittihamlarını elan edin!- İnsan haqları fəalları
ABŞ-ın Urmiya yaxınlığına zərbəsi nəticəsində bir neçə nəfər yaralanıb
Vacib dərmanların Abbas Lisaniyə çatdırılmasına icazə verilmir
“Meşə yanğınlarının əksəriyyəti insan amili nəticəsində baş verir”
19 İyul 21:41
1 421
Keniya Prezidenti Uilyam Rutonun rəsmi internet saytı ötən gün baş vermiş haker hücumundan sonra yenidən işə düşüb.
Xarici KİV xəbər verir ki, hazırda dövlət başçısının rəsmi platforması aktivdir və orada administrasiyanın materialları yerləşdirilib.
Qeyd edək ki, iyulun 18-də kibercinayətkarlar sayta daxil olaraq onun ana səhifəsinə prezidentə ünvanlanmış mesajlar yerləşdirmişdilər.
Hakerlər 5 bitkoin (təxminən 320 min dollar) məbləğində fidyə tələb etmiş və imtina ediləcəyi təqdirdə bəzi məlumatları yayacaqları ilə hədələmişdilər. Lakin hücum anından bəri heç bir gizli məlumat ifşa olunmayıb.
Keniya hakimiyyəti hadisəni təsdiqləyərək araşdırma aparılması üçün sayta girişi müvəqqəti məhdudlaşdırmışdı.