Suriya Türkmən heyəti Türkiyənin Daxili İşlər naziri ilə görüşüb Dünya

Suriya Türkmən heyəti Türkiyənin Daxili İşlər naziri ilə görüşüb

Suriya Türkmən Dərnəkləri Federasiyasının rəhbərlik etdiyi Suriya Türkmən heyəti, Türkiyə Respublikasının Daxili İşlər naziri Mustafa Çiftçi ilə görüşüb.

Suriya parlamentinin Hələb şəhərindən olan türkmən əsilli deputatı Tarık Sulo Cevizci deyib ki, görüş zamanı Türkiyədə yaşayan suriyalıların mövcud vəziyyəti, qarşılaşdıqları problemlər və gələcəyə dair gözləntiləri ilə bağlı son dərəcə səmərəli və səmimi fikir mübadiləsi aparılıb: "Hörmətli Nazirə göstərdiyi xoş qəbula, yaxından maraqlanmasına və səmimi qonaqpərvərliyinə görə dərin təşəkkürümüzü bildiririk. Suriyalılarla bağlı məsələlərə göstərdiyi həssaslıq və həll yönümlü yanaşması bizdə böyük məmnunluq və inam hissi yaratdı. Hörmətli nazirin vəzifəyə başlamasını həm Türkiyədə yaşayan suriyalılar, həm də iki qardaş xalqımız arasındakı dostluq və əməkdaşlığın gücləndirilməsi baxımından mühüm bir fürsət kimi qiymətləndiririk.

Əminik ki, o, ədalət hissi, mərhəməti və dövlət idarəçiliyindəki təcrübəsinə əsaslanaraq, həm vətəndaşlara, həm də ölkəmizdə məskunlaşan qonaqlara faydalı xidmətlər göstərəcəkdir.

Uca Allahdan hörmətli nazirə yeni vəzifəsində böyük uğurlar və cansağlığı arzulayır, millətimiz və bəşəriyyət üçün faydalı işlər görməsini diləyirik".

Cavid