SEPAH Küveytdə ABŞ-yə məxsus RLS və PUA anqarını məhv etdiyini bildirib Dünya

SEPAH Küveytdə ABŞ-yə məxsus RLS və PUA anqarını məhv etdiyini bildirib

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH — İran Silahlı Qüvvələrinin xüsusi bölməsi) ABŞ-nin Küveytdəki "Əli əl-Salem" bazasında yerləşən radiolokasiya sisteminə və "MQ-9" pilotsuz uçuş aparatları (PUA) saxlanılan anbara zərbələr endirib.

Xalqcebhesi.az xəbər verir ki. bu barədə "Tasnim" agentliyi SEPAH-ın bəyanatına istinadən məlumat yayıb.

"Müzəffər döyüşçülərimiz dronların köməyi ilə erkən xəbərdarlıq radiolokasiya sistemini tamamilə məhv edib, həmçinin "Əli əl-Salem" bazasındakı "MQ-9" PUA-ları üçün nəzərdə tutulmuş anqara zərbələr endiriblər"- bildirib.

Qeyd olunur ki, zərbə nəticəsində bir neçə dron məhv edilib.

Məryəm Quliyeva