20 İyul 21:29
1 302
ABŞ hərbçiləri İranın dəniz limanlarının blokadası bərpa olunduqdan bəri bir gəmini sıradan çıxarıb, daha yeddi gəminin isə istiqamətini dəyişdirib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bəyan edib.
"İyulun 20-nə olan məlumata görə, ABŞ hərbçiləri gəmilərin İran limanlarına daxil olmasının və ya oradan çıxmasının qarşısını almaq üçün yeddi ticarət gəmisinin istiqamətini dəyişdirib və daha birini sıradan çıxarıb", — deyə komandanlığın "X" sosial şəbəkəsindəki bəyanatında bildirilir.
ABŞ İranın dəniz blokadasını iyulun 14-də bərpa edib.