07:26
959
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH — İran Silahlı Qüvvələrinin xüsusi bölməsi) Küveytdəki "Əhməd əl-Caber" aviabazasına zərbələr endirərək bir neçə hərbi obyekti məhv edib.
Xalqcebhesi.az xəbər verir ki, Press TV-nin məlumatına görə, SEPAH-ın açıqlamasında deyilir: "SEPAH-ın Aerokosmik Qüvvələri həmçinin Küveytdəki "Əhməd əl-Caber" aviabazasında ABŞ-nin erkən xəbərdarlıq radarını, raketdən müdafiə radar sistemini, AN/FPS-117 radarını, "Patriot" hava hücumundan müdafiə sistemini və HHM-i dəstəkləyən peyk rabitəsi sistemini vurararaq məhv edib".
Məryəm Quliyeva