Tehran Trampın yeni nüvə obyekti ilə bağlı iddialarını hücum üçün bəhanə adlandırıb
Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak etmək üçün qeydiyyat başlanır
22 iyul – Milli Mətbuat Günü ilə əlaqədar Fəxri xiyaban ziyarət edilib - FOTO
Mərkəzi Elmi Kitabxanada Milli mətbuatın 151 illiyi münasibətilə tədbir keçirilib
15:27
966
Birləşmiş Ştatlar digər ölkələrlə Hörmüz boğazı vasitəsilə yüklərin tranziti üçün mühafizə olunan dəhlizin təşkili barədə danışıqlar aparır.
Xalqcebhesi.az xəbər verir kiz, bu barədə ABŞ dövlət katibi Marko Rubio bəyan edib.
"Bəli, bizim bu mövzuda danışıqlarımız var, maraq göstərən ölkələr mövcuddur. Lakin onların bəzilərinin bunu necə təşkil edə biləcəkləri ilə bağlı yanaşmaları fərqlidir — kiməsə beynəlxalq təşkilat adından beynəlxalq mandat lazımdır, kimisə isə qanunvericilik prosesindən keçməlidir", — deyə Rubio Manilada ASEAN ölkələrinin xarici işlər nazirlərinin 59-cu konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib.
O əlavə edib ki, Vaşinqtonun fikrincə, bir çox dövlətlər ilk növbədə Hörmüz boğazı vasitəsilə təhlükəsiz tranzitin təmin edilməsində maraqlı olmalıdırlar, çünki onlar Fars körfəzi ölkələrindən idxal olunan neftdən asılıdırlar. ABŞ başqa ölkələri boğazda gəmiçiliyin mühafizəsinə cəlb edə biləcəyinə ümid edir.
Məryəm Quliyeva