Yəmənin üçüncü ən böyük şəhəri husilər tərəfindən mühasirəyə alınıb
17 Oktyabr 17:49
17 Oktyabr 17:49
16 Oktyabr 17:33
24 İyul 09:54
4 354
“Ermənistanın son illərdə Fransa, Hindistan və ABŞ ilə hərbi əməkdaşlığını genişləndirməsi Cənubi Qafqazda formalaşan təhlükəsizlik arxitekturasına birbaşa təsir göstərən amillərdən biridir. Bu proses ilk növbədə regionda hərbi-siyasi balansın dəyişməsi riskini artırır və silahlanma yarışını sürətləndirə bilər. Xarici güclərin Ermənistanın müdafiə potensialına artan dəstəyi regionun geosiyasi rəqabət meydanına çevrilməsi ehtimalını gücləndirir”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında politoloq Elman Telmanoğlu deyib.
E.Telmanoğlu qeyd edib ki, Ermənistanın Qərb ölkələri ilə hərbi əlaqələrini dərinləşdirməsi Rusiyanın Cənubi Qafqazdakı ənənəvi təsir imkanlarını zəiflədən tendensiya kimi qiymətləndirilə bilər: “Bu isə regionda yeni güc mərkəzlərinin formalaşmasına və müxtəlif aktorlar arasında rəqabətin daha da kəskinləşməsinə səbəb olur. Azərbaycan baxımından isə əsas prioritet hərbi üstünlüyün qorunması ilə yanaşı, sülh gündəliyinin irəli aparılmasıdır. Əgər Ermənistan əldə etdiyi hərbi dəstəyi sülh müqaviləsinin imzalanmasına deyil, revanşist meyllərin güclənməsinə yönəldərsə, bu, regionda etimad mühitini zəiflədə və sabitliyə ciddi təhdid yarada bilər”.
Politoloq həmçinin bildirib ki, Cənubi Qafqazda davamlı təhlükəsizlik hərbi bloklaşma və silahlanmanın artırılması ilə deyil, dövlətlərin suverenliyinə hörmət, kommunikasiyaların açılması və sülh sazişinin imzalanması ilə təmin oluna bilər: “Əks halda, xarici hərbi təsirlərin artması regionda geosiyasi qarşıdurmanı dərinləşdirən əsas amillərdən birinə çevrilə bilər”.
Röya İsrafilova
17 Oktyabr 17:58
1 309
17 Oktyabr 17:31
770
17 Oktyabr 17:26
770