İsrail qüvvələri İordan çayının qərb sahilində 70-dən çox şübhəlini saxlayıb Dünya

İsrail qüvvələri İordan çayının qərb sahilində 70-dən çox şübhəlini saxlayıb

İsrail təhlükəsizlik qüvvələri iyulun 25-nə keçən gecə İordan çayının qərb sahilinin müxtəlif rayonlarında keçirilən reydlər zamanı terror fəaliyyətində əli olmaqda şübhəli bilinərək axtarışda olan 70 fələstinlini saxlayıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (ÇAXAL) mətbuat xidməti məlumat yayıb.

"Gecə və səhər saatlarında ÇAXAL, sərhəd polisi və İsrail Təhlükəsizlik Xidməti Yəhudiyyə və Samariyada (İordan çayının qərb sahilinin İsraildəki adı) miqyaslı antiterror reydləri keçirərək axtarışda olan 70-dən çox şübhəli şəxsi saxlayıb. Bütün şübhəlilər növbəti araşdırmalar üçün təhlükəsizlik xidmətlərinə təhvil verilib", — deyə bəyanatda bildirilir.

Mətbuat xidmətindən əlavə edilib ki, reydlər zamanı təhlükəsizlik qüvvələri 200-ə yaxın şübhəli şəxsi dindirib və 300 mənvəldə axtarış aparıb. Hərbçilər saxlanılan bəzi şəxslərin radikal HƏMAS hərəkatı ilə əlaqədə olmaqda şübhəli bilindiyini qeyd ediblər.

Məryəm Quliyeva