25 İyul 17:20
10:29
441
İran hakimiyyəti Səudiyyə Ərəbistanı ilə Yəmənin "Ənsar Allah" hərəkatından olan husi qiyamçıları arasındaki münaqişənin yalnız diplomatik yolla həll oluna biləcəyinə inanır və Tehran bu prosesdə konstruktiv rol oynamağa hazırdır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçı bildirib.
"Biz konstruktiv rol oynamağa hazır olduğumuzu bəyan etmişik və Səudiyyə Ərəbistanındakı dostlarımız bundan xəbərdardır. Mənim fikrimcə, Yəmən (husilər nəzərdə tutulur - red.) ilə Səudiyyə Ərəbistanı arasında danışıqlar başlayarsa, İran bu prosesdə müsbət və konstruktiv rol oynaya bilər", — deyə o, "İran" qəzetinə müsahibəsində bildirib.
Məryəm Quliyeva