Tramp və Zelenski arasında görüş bu gün keçiriləcək Dünya

Tramp və Zelenski arasında görüş bu gün keçiriləcək

ABŞ Prezidenti Donald Trampla Vladimir Zelenski arasında Ağ Evdəki görüş çərşənbə axşamı, iyulun 28-də saat 17:30-da baş tutacaq.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə amerikalı liderin bazar ertəsi dərc olunmuş iş qrafikindən bəlli olur.

Ağ Evin Oval kabinetindəki görüşün jurnalistlər üçün bağlı formatda keçirilməsi planlaşdırılır.

Vaşinqton administrasiyasının nümayəndələri daha əvvəl jurnalistlərə bildiriblər ki, Tramp və Zelenskinin Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı məsələləri müzakirə edəcəkləri gözlənilir.

Qrafikə əsasən, saat 19:00-da Tramp Oval kabinetdə İsrailin Baş naziri Binyamin Netanyahu ilə görüşəcək. Bu görüşün də jurnalistlər üçün bağlı formatda keçirilməsi planlaşdırılır.

Məryəm Quliyeva