27 İyul 14:20
27 İyul 14:16
07:32
364.jpg)
Pentaqon Avropadakı Amerika kontingentinin yerləşdirilməsinin səmərəliliyinin artırılmasına yönəlmiş nəzərdənkeçirmə prosesinə başlayıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə bazar ertəsi ABŞ hərbi nazirinin siyasi məsələlər üzrə müavini Elbridc Kolbi bildirib.
"Bu gün Hərbi Nazirlik ABŞ-nin hərbi naziri Pit Haqsetin NATO ölkələrinin müdafiə idarələri rəhbərlərinin Brüsseldəki son görüşündə elan etdiyi Avropada qüvvələrin yerləşdirilməsinin nəzərdən keçirilməsi prosesinə başladı. Nazirin o vaxt bildirdiyi kimi, bu, NATO-nun Avropanın qeyri-nüvə silahları ilə öz müdafiəsini təmin etmək üçün əsas məsuliyyəti sürətlə və dönməz şəkildə üzərinə götürməsinə yönəlmiş realist bir icmal olacaq", — deyə Kolbi "X" sosial şəbəkəsində bildirib. Onun sözlərinə görə, bu yenidənqurma ABŞ-nin daha əvvəl dərc olunmuş milli müdafiə və milli təhlükəsizlik strategiyalarının əsas müddəalarına uyğun gələcək.
Pentaqon rəhbərinin müavini dəqiqləşdirib ki, icmalın yekunlarına əsasən, ABŞ qoşunlarının Avropada dislokasiyasına tətbiq ediləcək növbəti addımlar üçün "bir sıra variantlar təqdim olunacaq". Onun sözlərinə görə, bu potensial addımlar xüsusilə strateji hesablamalar və "geopolitik və hərbi reallıqların aydın dərk edilməsi" ilə şərtlənəcək. Kolbi əlavə edib ki, ABŞ bu məsələlər üzrə Avropadakı müttəfiqləri ilə məsləhətləşmələri davam etdirəcək.
Məryəm Quliyeva