13:34
329
Varşavanın Ukraynadan əraziləri geri almaq niyyəti yoxdur.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyi bəyan edib.
"Polşanın Ukraynaya qarşı heç vaxt ərazi iddiaları olmayıb, yoxdur və olmayacaq", — deyə Polşa xarici siyasət idarəsinin saytında yerləşdirilən bəyanatda bildirilir.
Varşava Rusiya Prezidenti Vladimir Putinin Hərbi Dəniz Qüvvələrinin hərbçiləri ilə görüşündəki sözlərinə bu cür reaksiya verib. Rusiya lideri bildirmişdi ki, Ukrayna tez və ya gec əvvəllər Polşa, Macarıstan və Rumıniyaya məxsus olan qərb torpaqlarını itirəcək.
Məryəm Quliyeva