7 Oktyabr 23:27
09:02
434
İstanbulda altımərtəbəli bina qismən uçub, dağıntılar altında qalanlar var.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Haberturk" məlumat yayıb.
Mənbənin verdiyi məlumata görə, hadisə cümə axşamı səhər saatlarında Maltepe rayonunda baş verib. Binanın iki aşağı mərtəbəsinin uçduğu və insanların dağıntılar altında qaldığı bildirilir. Eyni zamanda, yuxarı mərtəbələrdəki sakinlər də köməksiz vəziyyətdə qalıblar. Hadisə yerinə fövqəladə xidmət əməkdaşları cəlb olunub, onlar sakinləri binanın zərər çəkməyən mərtəbələrindən təxliyə ediblər. Axtarış-xilasetmə işlərinə başlanılıb.
Məryəm Quliyeva