

9 İyul 11:59
9 İyul 10:36
9 İyul 09:10
Əgər Vaşinqton Tehranla danışıqlar aparmaq istəyirsə, o zaman İrana qarşı bütün sanksiyaları ortadan götürməlidir.
Bunu İran Dövlət Televiziyasında çıxışı zamanı İran Prezidenti Həsən Ruhani deyib.
“İranla sülh bütün sülhlərin, İranla müharibə bütün müharibələrin anasıdır”, - o çıxışı zamanı bildirib.
Qeyd edək ki, ABŞ bundan öncə İrana qarşı sanksiyaları sərtləşdirib. Belə ki, Vaşinqton sanksiyalar siyahısına İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin də adını əlavə edib.