Ukrayna partizan müharibəsinə hazırlaşır Dünya

Ukrayna partizan müharibəsinə hazırlaşır

Bu haqda Ukrayna müdafiə nazirliyinin sözçüsü Andrey Lısenko İCTV telekanalına müsahibəsində deyib.
O bildirib ki, artıq Mariopolda öz şəhərini əldə silah qorumaq istəyən 5 min könüllü var: "Ümumilikdə isə bütün Ukrayna üzrə separatçılarla döyüşməyə hazır olan on minlərllə könüllü var, onlar döyüş zonasına ilkin hazırlıq olmadan belə getmək istəyirlər".
Lısenko bildirib ki, baş qərargahda partizan hərəkatı ilə bağlı planlar hazırlanıb. Bəzi partizan dəstələrinin komandirləri artıq təyin olunub. Onlar öz döyüşçüləri ilə tanış olurlar.