Almaniya Ukraynaya altı radar sistemi göndərəcək
3 May 20:20
Türkiyədə koronavirusdan ölən tibb işçilərinin sayı açıqlanıb.
Bu barədə Türkiyənin Təbiblər Birliyi məlumat yayıb. Məlumata görə, aprelin 1-dən bu günə kimi Türkiyədə 24 tibb işçisi vəfat edib ki, onlardan 14-ü həkim olub.
Qurumun açıqlamasına görə, indiyədək 3474 tibb işçisi COVID-19 virusuna yoluxub, onların 38 faizini həkimlər təşkil edib.
Təbiblər Birliyi hökuməti daha ciddi tədbirlər almağa və tibb işçilərinin qorunması üçün bütün qoruyucu ləvazimatlarla təmin etməyə çağırıb.