Çində kimyəvi zavodda partlayış baş verib Dünya

Çində kimyəvi zavodda partlayış baş verib

Çinin Lançjou şəhərində yerləşən kimyəvi zavodda partlayış baş verib.

Bu barədə Çinin Mərkəzi televiziyası bildirib.

Məlumata əsasən, hadisə bu gün səhər saatlarında baş verib. Sosial şəbəkədə yayımlanan görüntülərə görə, partlayış yanğına səbəb olub. Hadisə yerində yanğınsöndürənlər işləyir.

Bildirilib ki, yanğın nəticəsində ən azı 5 nəfər həlak olub, üçü ağır yaralanıb və daha bir nəfər itkin düşüb.