İŞİD Avropaya doğru irəliləyir Dünya

İŞİD Avropaya doğru irəliləyir

Ramiz Alıyev: "Qərbin məqsədi İŞİD-in fonunda İslamı zorakılıq dini kimiı dünyaya təqdim etməkdir"

Cavid

İŞİD Avropada yeni terror dalğasının başlanacağını bəyan edib. Amerika Milli Təhlükəsizlik (AMT) agentliyi İŞİD liderlərinin danışığını ələ keçirib. Danışıqlardan məlum olub ki, İŞİD Qərbə irimiqyaslı terror müharibəsi elan edib və son baş verən Paris hadisələri bunların ilkidir.
Avropa ölkələrindən artıq həyəcan təbilini Böyük Britaniya çalıb. Son əldə olunan məlumatlara əsasən məhz paytaxt London "cihadçı"ların növbəti hədəfi olacaq. Hazırda ölkədə təhlükəsizlik tədbirləri ən yüksək vəziyyətdədir.
Hər bir halda amerikan kəşfiyyatının son məlumatına əsasən Avropada terror hədəsi yüksək olaraq qalır. Bunu nəzərə alsaq Avropa xüsusi xidmətilərinin bu günlərdə işi başından aşır.
Politoloq Ramiz Alıyev bu məsələ ilə bağlı bildirib ki, Fransa və digər Avropa ölkələrində İslama olan rəğbət və İslam dininə axının baş verməsi təbii ki, qərb dövlətlərini narahat etməyə bilməzdi. Ancaq təəssüflər olsun ki, bu kimi narahatçılıqlar ona gətirib çıxardı ki, artıq mübarizəni ifrat və heç bir dinə xas olmayan formada aparmağa başlayıblar. Ancaq İslam dini haqqında məlumatı olan hər bir şəxs bilir ki, İslam dini insan ölümünə və insan zorakılığına qarşı olub. İslam insanlara, dinindən və dilindən asılı olmayaraq hər kəsə hörmətlə yanaşılmasını təbliğ və tövsiyə edən bir dindir. Bütün dövlətlər və dinlər digər dinlərə və həmin dinlərə inananlara hörmətlə yanaşmalı, onların inancına ləkə vurmaq istəyən istər jurnalist, istərsə də digər peşə sahiblərinə imkan vərməməlidir: "Həmin dövlətin mövcud qanununa əsasən o şəxsə və şəxslərə müəyyən olunmuş formada cəza verməlidir. Necə ki, bir çox İslam ölkələrində digər dinlərə və din mənsublarına hörmətlə yanaşılır, terrorçuları və terror aktlarını pisləyir. Buna görə də hər hansı bir terror hadisəsini İslam dini ilə bağlamaq ən azindan cılızlıq olar. Terrora dəstək verib yeni-yeni terrorçu dəstələr yaradıb öz ölkələrində və digər dövlətlərdə terror aktları törədib, sonradan şou yaratmaqdansa haqlı olanın yanında olub terroru və terrorçuları pisləmək lazımdır. Terrora məruz qalan ölkələrin haqq səsine dəstək vermək lazımdır. Azərbaycan terrorun nə olduğunu bilir və terrordan ən çox əziyyət çəkən bir ölkədir. Ancaq təəssüflər olsun ki, Fransa da daxil olmaqla bir çox qərb ölkələri hələ də terrorçu Ermənistana lazımi təzyiq göstərməyib. Ancaq öz ölkəsində 12 nəfər "terrorun" qurbanı olanda dünyanı terrorla mübarizəyə səsləyirlər. Hələ o da məlum deyil ki, bu terror aktını kim və hansı səbəbə törədib".
Politoloq Avropa cəmiyyətində müsəlmanlara qarşı təqib və təzyiqlərin bir qədər də artacağını deyib: "Təbii ki, artacaq və artıq Avropada İslam dininin qatı əleyhdarları bu amildən istifadə edib Avropanın bir çox şəhərlərində aksiyalar təşkil edir. Əslində bu kimi terror aktlarında İslam dini faktorunu qabartmaqla terroru və terrorçıları dəstəkləmək faktlarını öz üzərlərindən atmış olacaqlarını düşünürlər. Ancaq onu da unutmaq olmaz ki, müasir zamanda, informasiya texnologiyalarının inkişaf etdiyi bir dönəmdə heç də istəklərinə tam olaraq nail ola bilməyəcəklər. Nə qədər çalışsalar ki, müsəlmanları və İslam dinini terrorla əlaqələndirsinlər, bu alınmayacaq. Onları narahat edən ən əsas məsələ budur ki, İslam əhalisi birləşməsin, İslam dininə Avropa əhalisi can atmasın və s. Bunun üçün də çalışırlar İslam dinini gözdən salan hadisələr törədib bu dinə mənsub olan kiminsə üzərinə atsınlar".
Politoloq İŞİD-ni Fransdada terror aktı törətməklə Avropaya doğru irəlilədiyini də deyib: "İŞİD -i yaradan dövlətlərin də istəkləri elə budur ki, qondarma "islamçı" İŞİD-in fonunda İslamın zorakılığını dünyaya təqdim edələr. Hər kəsə göstərmək istəyirlər ki, İŞİD "qatı müsəlman təşkilatıdır" və İslam dininə mənsub olanlar bu cür terrorçulardı. Ancaq təbii ki, bildiyimiz kimi İŞİD ilə İslam dininin heç bir əlaqəsi yoxdur və İslam dininə mənsub olanları İŞİD terror təşkilatı qəbul etmir. Yalnız Qərbin bir çox ölkələrinin və İslamı özünə düşmən bilən ölkələrin dəstəyi və tövsiyələri ilə hərəkət edən İŞİD sonda nəinki Avropanın, ümumiyyətlə dünyanın bəlasına çevriləcək".
Millət vəkili Aydın Mirzəzadə isə məsələyə bir qədər fərqli aspektdən yanaşdığını vurğuladı:
"Parisdə baş verən hadisə böyük bir faciədir. Terror terrordur və onun kiçikmi, böyükmü olmasının əhəmiyyəti yoxdur. Əgər bu gün Qərb birləşərək bütün dövlət, hökumət təmsilçilərinin iştirakı ilə Parisdə nöhtəşəm bir aksiya keçirirsə, bu, əslində Qərbin mütəşəkkilliyi, gücü, yekdilliyidir. Əgər Şərqdə də region dövlətləri belə bir tədbir keçirsəydilər, bu, dünyaya ciddi bir mesaj ola bilərdi. Bununla yanaşı, sizin qoyduğunuz məsələnin narahatlığını da bölüşürəm. Şərq ölkələrində vaxtaşırı baş verən terrora, qan tökülməsinə bəzən biganə yanaşılır, bu, həmin ölkələrin gündəlik yaşam tərzi kimi qəbul edilir. Hesab edirəm ki, bütün məsələlərə eyni cür yanaşılmalıdır. Dünyanın hansı bölgəsindən nə baş verməsindən asılı olmayaraq..."