"İlin əvvəlindən başlayaraq Ermənistan ordusu Dağlıq Qarabağ, istərsə də sərhəd zonalarında (məntəqə) müxtəlif təxribatlar törədir, kəşfiyyat qrurları vasitəsilə müxtəlif hərbi manevrlər etməyə cəhd edirlər. Eyni zamanda, böyük itkilər verirlər".
Bunu rolitoloq Arzu Nağıyev bildirib.
Onun sözlərinə görə, burada əsas məqsəd sülh danışıqlarından qaçmaq, güc nümayişi,havadarları qarşısında hesabat verməkdir. Ən əsası isə Azərbaycanda keçiriləcək Avrora Oyunları ilə bağlı bölgənin qeyri-sabitliyi və münaqişə ocağı olması imicini (vəchə, görüntü) yaratmaqdır. Düşünürəm ki, bütün bu atışmalara və təxribatlara baxmayaraq, Azərbaycan Ordusunun gücünü hiss edən ermənilər lokal savaşa getməyəcəklər. Çünki, bu onlar üçün acınacaqlı sonluqla bitə bilər.
Politoloq Rusiya-Ermənistan münasibətlərində sərinliyin hökm sürdüyünü də diqqətə çəkib: "Zənnimcə bu sadəcə bir görüntüdür. Ermənistan vətəndaşları Rusiyadan bezsəslər belə ,daimi siyasi və hərbi tərəfdaşlar kimi qalacaqlar. Çünki, başqa yolları yoxdur. Bu gün Ermənistanın iqtisadiyyatının yarıdan çox hissəsi Rusiyadan asılıdır, milyonlarla vətəndaşı Rusiyada leqal (qanuni) və ya qeyri-leqal miqrant həyatı yaşayır və ailələrinə maddi vəsait göndərirlər. Bundan başqa bir sıra beynəlxalq qurumlar qarşısında götürdükləri öhdəliklər çərçivəsində Rusiyadan asılılıqları var. İnamıram ki, Kreml Ermənistana qarşı mövqeyini kəskin dəyişər. Əlbəttə ki, Rusiyaya tətbiq edilən iqtisadi və siyasi sanksiyalar fonunda Azərbaycanla yaxınlaşmalar olsa da, ermənilər onların tarixi vassal və tərəfdaşlarıdırlar".