Suriyada prezident seçkiləri keçirilir Dünya

Suriyada prezident seçkiləri keçirilir

Suriyada prezident seçkiləri keçirilir.

Trend-in məlumatına görə, səsvermədə üç namizəd iştirak edir.

Real favorit hazırkı prezident Bəşər Əsəd hesab olunur. Bundan başqa, müxalifət namizədi Mahmud Əhməd Merii və Sosialist partiyasından keçmiş millət vəkili Abdulla Səllüm Abdulla seçkidə iştirak edir.

Ölkədə seçki məntəqələri yerli vaxtla saat 19:00-dək açıq olacaq. Zərurət yaranacağı təqdirdə səsvermə prosesi daha 5 saat uzadıla bilər.

Qeyd edək ki, sonuncu dəfə Suriyada prezident seçkiləri 2014-cü ildə keçirilmiş, Bəşər Əsəd 92,2 faiz səs toplyaraq qalib gəlmişdi.