Putin, Nazarbayev və Lukaşenko martın 20-də görüşəcəklər Dünya

Putin, Nazarbayev və Lukaşenko martın 20-də görüşəcəklər

Rusiya, Belorusiya və Qazaxıstanın prezidentləri Qazaxıstanın paytaxtı Astanada yeni görüş təyin ediblər.
Bu barədə "Новости-Казахстан" qəzetinə Nazarbayevin mətbuat katibi Dauren Abayev xəbər verib. Onun sözlərinə görə, görüş martın 20-də baş tutacaq.
"Bu günə Rusiya və Belorusiya tərəfləri görüşdə iştirak edəcəklərini təsdiqləyiblər", Abayev bildirib.
Mətbuat katibi onu da deyib ki, martın 13-də olası görüşün vaxtının dəyişdirilməsi prezidentlərin iş qrfafiklərinin sıxlığı ilə bağlı olub.
Martın 11-də Rusiya liderinin mətbuat katibi Dmitri Peskov isə bildirmişdi ki, Astanadakı görüş bir neçə günlüyə təxirə salınıb.