Peruda gəmilərin toqquşması nəticəsində 11 nəfər ölüb Dünya

Peruda gəmilərin toqquşması nəticəsində 11 nəfər ölüb

Peruda Ualyaqa çayında iki sərnişin gəmisinin toqquşması nəticəsində ən azı 11 nəfər həlak olub.

"TASS"ın verdiyi məlumata görə, bu barədə ölkənin Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

"Sahil mühafizəsinin şəxsi heyəti 60 nəfəri xilas edib və 11 cəsədi sudan qaldırıb", - HDQ-nin "Twitter" səhifəsində deyilir.

RPP radiostansiyasına görə, daha doqquz nəfər itkin düşmüş kimi siyahıya alınıb ​​və axtarışları davam etdirilir.