Parisdə küçədə sakinlərə atəş açan şəxs saxlanılıb Dünya

Parisdə küçədə sakinlərə atəş açan şəxs saxlanılıb

Parisdə hüquq-mühafizə orqanlarının əməkdaşları Yeliseydə pnevmatik silahla yoldan keçənlərə atəş açmaqda şübhəli bilinən şəxsi saxlayıblar.

Trend Ren.tv-yə istinadən xəbər verir ki, saxlanılan şəxs 1988-ci il təvəllüdlü Rusiya vətəndaşıdır.

Məlumata əsasən, ümumilikdə hadisə nəticəsində dörd nəfər yaralanıb.