İngiltərə və Fransa MN rəhbərləri arasında keçirilməli görüş sualtı qayıqlarla bağlı mübahisə səbəbindən ləğv edildi Dünya

İngiltərə və Fransa MN rəhbərləri arasında keçirilməli görüş sualtı qayıqlarla bağlı mübahisə səbəbindən ləğv edildi

Britaniya və Fransanın hərbi qurumlarının rəhbərləri arasında bu həftə baş tutmalı olan görüş Avstraliyanın ABŞ və İngiltərə ilə sualtı gəmilərin alınmasına dair birgə layihəsinə əsasən Fransa ilə eyni məzmunlu müqavilədən imtina etməsi qərarından qaynaqlanan ölkələr arasında yaranan mübahisə səbəbiylə ləğv edilib.

TASS-ın verdiyi məlumata görə, bu barədə İngiltərənin "The Guardian" qəzeti məlumat yayıb.

İngiltərənin müdafiə naziri Ben Uolles Londonda fransalı həmkarı Florans Parli ilə danışıqlar aparmalı idi. Nazirlərin hər iki ölkənin ordu kamndanlarının müşayiəti ilə 1972-ci ildə iki ölkə arasındakı əlaqələri gücləndirmək üçün yaradılan müstəqil təşkilat olan Fransa-Britaniya Şurasının toplantısına qatılması da planlaşdırılırdı. Şuranın həmsədri Peter Rikets açıqlamasında bu tədbirin də baş tutmayacağını söyləyib.

Xatırladaq ki, Avstraliya, İngiltərə və ABŞ 16 sentyabrda yeni AUKUS təhlükəsizlik əməkdaşlığının yarasılmasını elan ediblər. Müqavilənin bir hissəsi olaraq, Avstraliya 2036-cı ildə xidmətə buraxılacaq ən azı 8 nüvə sualtı gəmisinin hazırlanması üçün amerikan texnologiyasından istifadə etməyi və silahlı qüvvələrini ABŞ qanadlı raketləri ilə yenidən təchiz etməyi planlaşdırır. Bu səbəbdən Kanberra Fransa ilə tarixində ən böyük müdafiə müqaviləsini ləğv edib və bu qərar fransızlar tərəfindən artıq "kürəkdən bıçaqlanma" adlandırılıb.