Qazaxıstanda koronavirusa daha 2 438 nəfər yoluxub Dünya

Qazaxıstanda koronavirusa daha 2 438 nəfər yoluxub

Qazaxıstanda ötən sutka ərzində koronavirusa (COVİD-19) 2 438 yoluxma halı qeydə alınıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 862 862 nəfərə, virusun törətdiyi fəsadlardan ölənlərin sayı isə 10 763 nəfərə çatıb.

Bildirilir ki, ötən gün koronavirusdan 2 944 nəfər, hazırkı dövrədək isə 790 394 nəfər sağalıb.