Putinin partiyası liderdir Dünya

Putinin partiyası liderdir

Rusiyada keçirilən parlament seçkilərində səslərin 70.06 faiz sayılmasından sonra hakim Vahid Rusiya Partiyası Dövlət Dumasına seçkilərdə 48.46 faiz səslə liderlik edir.

"Xalq Cəbhəsi" xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

İkinci yerdə 20.30 faiz faiz səslə Rusiya Kommunist Partiyası, daha sonra Vladimir Jirinovskinin rəhbəri olduğu Rusiya Liberal Demokrat Partiyası isə 7.69 faiz səslə üçüncü olub.

İlk beşliyə həmçinin Ədalətli Rusiya – Həqiqət uğrunda Partiyası (7.43) və Yeni İnsanlar Partiyası (5.55) da daxil olub.

Cavid