Rusiyanın Ermənistana satdığı qazın qiyməti ilə bağlı danışıqlar aparılır Dünya

Rusiyanın Ermənistana satdığı qazın qiyməti ilə bağlı danışıqlar aparılır

Ermənistan və Rusiya hökumətləri Ermənistan üçün qaz tarifləri ilə bağlı danışıqları davam etdirir.

“Xalq Cəbhəsi” erməni mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Mher Qriqoryan İrəvanda keçirilən Ermənistan-Rusiya biznes forumu çərçivəsində keçirilən brifinqdə bildirib.

O, qeyd edib ki, hazırda sərhəddə tarif məsələləri ilə bağlı qarşılıqlı anlaşma mövcuddur.
Eyni zamanda, dünya bazarlarında qiymətlərin indiki dinamikasını nəzərə alaraq gələcəkdə müzakirə ediləcək bir şey var.
O əlavə edib ki, danışıqların təfərrüatlarının hələ açıqlanmasını məsləhət görmürük, lakin gələcəkdə onların nəticələri barədə məlumat veriləcək.
Xatırladaq ki, Ermənistan Rusiyadan qazın min kubmetrini 165 dollarla alır.

Cavid