Ukrayna prezidentinin müşavirinə sui-qəsd olub Dünya

Ukrayna prezidentinin müşavirinə sui-qəsd olub

Ukrayna prezidentinin müşaviri Segey Şefirə qarşı sui-qəsd törədilib.

Trend-in məlumatına görə, bu barədə ölkənin Daxişi İşlər Nazirliyi bildirib.

Hadisə nəticəsində S.Şefirin sürücüsünün ağır yaralandığı deyilir. Hücum paytaxt Kiyev yaxınlığında qeydə alınıb.

Hazırda sürücü üç güllə yarası ilə reanimasiyaya yerləşdirilib. Müşavir özü xəsarət almayıb.

Ukrayna Daxili İşlər Nazirliyi hadisə ilə bağlı araşdırmalara başlayıb.